İnstaqramın niyə iPad tətbiqi yoxdur?


Digərləri 20 Fev 2020 21:50:00 145 0

İnstaqramın niyə iPad tətbiqi yoxdur?

İnstaqramın qurulduğu gündən bəri niyə bir iPad tətbiqi olmadığı sualına, şirkətin səlahiyyətli nümayəndəsi cavab verib.

Son.az ted.az-a istinadən bildirir ki, İnstaqramın bu siyasətinin səbəbi, kifayət qədər qaynağa sahib olmamasıdır.

iOS modellərindən yalnız iPhone üçün nəzərdə tutulan İnstagram-ın baş direktoru Adam Mosseri qeyd edib ki, platforma üçün bir iPad tətbiqi hazırlansa belə, şirkət üçün o qədər də faydalı olmayacaq.

Feysbuk 2012-ci ildə İnstaqramı 1 milyard dollara aldı və bundan sonra platformanın istifadəçilərinin sayı xeyli artdı.