Narkoloji xəstə məhkumlar ödənişsiz psixoloji yardım alacaqlar


Digərləri 20 Fev 2020 21:22:00 154 0

Narkoloji xəstə məhkumlar ödənişsiz psixoloji yardım alacaqlar

Nazirlər Kabineti "Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 yanvar tarixli 14 nömrəli qərarında dəyişiklik edib.

Son.az Trend-ə istinadən bildirir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, narkoloji xəstə məhkumlar "Psixoloji yardım haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardımla təmin ediləcəklər.