Ən zərərli qarnirin faydası üzə çıxdı–


Digərləri 20 Fev 2020 21:35:00 136 0

Ən zərərli qarnirin faydası üzə çıxdı–

Ət yeməkləri, toyuq yanında qarnir kimi verilən qidalar içində ən zərərlisi hesab edilən kartofun insanın bəzi sağlamlıq göstəricilərini yaxşılaşdıra bilər.

Son.az medicina.az-a istinadən bildirir ki, Pensilvaniya ştatının universitetitinin alimləri yeni eksperimentləri ilə qarnir kimi kartofun maraqlı faydasını təsbit ediblər.

Belə ki, 2 könüllü qrupunun biri 4 həftə ərzində günorta və axşam qarnir kimi düyü və paxla yeyib, digər qrup isə buxarda və ya külləmə kartof.

4 həftə sonra hər kəsin kardiometabolik risk marker analizləri yoxlanılıb. Bura qanda qlükoza, insulin, xolesterin və təzyiq aiddir.

Nəticə göstərib ki, kartof yeyənlərdə bu analizlərin göstəriciləri daha yaxşı çıxıb, nəinki yeməyənlərdə.