Almaniyada silahlı hücum 11 ölü


Dünya 20 Fev 2020 21:12:00 134 0

Almaniyada silahlı hücum  11 ölü

Federal prokurorlar cümə axşamı Almaniyanın Hanau şəhərində sağçı motivi səbəbəbindən deyilən, şübhəli də daxil olmaqla, 11 nəfərin ölddürüldüyü atışma ilə əlaqədar istintaqa rəhbərlik etdiklərini bildirib.

Ağır cinayətlərə baxan Karlsrue şəhərindəki Federal Prokurorluq cümə axşamı axşam mətbuat konfransı keçirməyi planlaşdırdığını deyib.

Alman xəbər agentliyi `dpa` polisin şübhəlinin bir neçə gün əvvəl İnternetdə ABŞ-da uşaq zorakılığı ilə bağlı konspiyasiya nəzəriyyəsi yaydığını bildirib. Videonun orijinal olub-olmadığı hələ məlum deyil.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, bir gecədə iki qəlyan barında 9 nəfərin öldürüldüyü bildirilib. Daha sonra polis şübhəlinin və daha bir şəxsin cəsədinin ikinci barın yaxınlığındakı bir evdə aşkar edib.

Hanau prokurorluğunun nümayəndəsi Markus Yunq ölənlərin sayını təsdiqləsə də, məlum olan video, eləcə də şübhəli və ya zərərçəkənlər haqqında məlumat verməkdən imtina edib.