Futuristik gələcək konsepsiyası –


Digərləri 20 Fev 2020 21:15:00 156 0

Futuristik gələcək konsepsiyası –

Dünyanın ən xüsusi avtomobil modellərinə imza atan şirkətlərdən biri Buqatti xüsusi bir konsepsiya ilə gündəmdədir.

Buqatti imzalı avtomobil modelləri hər zaman nəfəs kəsici olmağı bacarır. Şirkətin gələcək konsepsiyası isə daha da cəlbedici olur. Almaniyanın ikinci böyük Təsviri İncəsənət Kolleci olan "Braunschweig University of Arts"ın məzunu Maks Braun keçən il Buqattidə təcrübə keçərək şirkətin sponsorluğu ilə yuxarıda gördüyünüz Vision Le Mans konsepsiyasını hazırlayıb.

Adından göründüyü kimi 24 saat Le Mans yarışları üçün xüsusi olaraq hazırlanan bu avtomobilin mavi rəngdə olması onu daha da cəlbedici edir. Çox futuristik xətlərdən istifadə edilərək hazırlanan bu vasitə ehtimal ki, tam elektrikli bir infrastruktur üzərində qurulub.

Bu dizayn sayəsində Buqatti şirkətinə bir avtomobil dizayneri kimi daxil olmağı bacaran Lask son illərdə gördüyümüz ən təsirli avtomobil dizaynı ilə diqqəti cəlb etməyi bacarıb.