İraq İranla sərhədi bağladı


Dünya 20 Fev 2020 20:52:57 110 0

İraq İranla sərhədi bağladı

İraqın cənub-şərqindəki Maysan əyalətinin İran sərhədindəki “Əş-Şib” keçid məntəqəsi bağlanıb.

İraqın cənub-şərqindəki Maysan əyalətinin İran sərhədindəki“Əş-Şib”keçid məntəqəsi bağlanıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, İranda koronavirusa yoluxma halları baş verəndən sonraİraq Səhiyyə Nazirliyinin tövsiyəsi əsasındaMəysən əyalətinin qubernatoru adıçəkilən keçid məntəqəsini bağlamaq qərarını verib.

Sərhəddən ölkə ərazisinəyalnızdiplomatlar vəİraq vətəndaşları daxil ola bilər.

Bununla yanaşı, xəstəliyə qarşı müvafiq qabaqlayıcı tədbirlər üçün yerli səhiyyə departamentinə vəsait ayrılıb.