Keçmiş məhkum Bakı sakinini bıçaqla hədələyib telefonunu aldı


Digərləri 20 Fev 2020 19:59:00 131 0

Keçmiş məhkum Bakı sakinini bıçaqla hədələyib telefonunu aldı

Quldurluq etməkdə şübhəli bilinən paytaxt sakini K.Əhmədov və Qazax rayon sakini İ.Məhəmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Z.Novruzov 2019-cu il oktyabrın 9-da A.Manafov küçəsində 2 nəfərin onu bıçaqla hədələyib mobil telefonunu aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş K.Əhmədov və Qazax rayon sakini İ.Məhəmmədov saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanmışdır. Araşdırma aparılır.