"20 Yanvar" dairəsi istiqamətində avtobusların hərəkətinə məhdudiyyət qoyulub


Digərləri 20 Fev 2020 19:19:00 191 0

"20 Yanvar" dairəsi istiqamətində avtobusların hərəkətinə məhdudiyyət qoyulub

M.Həsənov küçəsində Bakı Nəqliyyat Agentliyi ilə razılaşdırılmadan nəqliyyat vasitələrinin hərəkətinə (20 Yanvar dairəsi istiqamətində) məhdudiyyət qoyulub.

Agentlikdən Son.az-a verilən məlumata görə, bu isə öz növbəsində həmin küçədən keçən 7B, 14,18,102,114A,114B,159,165,193 və 211 nömrəli marşrutlar üzrə avtobusların nizamlı fəaliyyətinə ciddi təsir edir.

Hazırda avtobuslar "20 Yanvar" dairəsi istiqamətində hərəkəti Zərdabi küçəsindən geriyə dönməklə təşkil edilib. Buda iritutumlu avtobusların hərəkətinə maneə yaradır. Avtobuslar hazırda gecikmə ilə hərəkət edir ki, bu da sərnisinlərin uzun muddət dayanacaqda qalaraq vaxt itirməsinə səbəb olur. Eyni zamanda dayanacaq məntəqəsində insanların çox toplanması onların yolun hərəkət hissəsinə çıxmasına rəvac verir. Nəticədə hərəkət təhlükəsizliyi səviyyəsi aşağı düşür.

Bildiririk ki, hal-hazırda qeyd edilən ərazidə müşahidə edilən tıxaca və ictimai nəqliyytın hərəkətində yaranmış gecikmələrə görə Bakı Nəqliyyat Agentliyi heç bir məsuliyyət daşımır.