Rəşad Əhmədov: "Daşınmaz əmlakın icbari sığortası elektronlaşdırılacaq"


İqtisadiyyat 20 Fev 2020 18:57:40 150 0

Rəşad Əhmədov: "Daşınmaz əmlakın icbari sığortası elektronlaşdırılacaq"

Bunu test rejimində tətbiq edilməsi barədə qərar verilib və layihənin icrasına başlanılıb

“Daşınmaz əmlakın icbari siğortası bazarınınhəcminin artırılması, eyni zamanda bu sahənin elektronlaşdırılmasının da məcburiliyini göstərir. Bildiyiniz kimi artıq Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasımüqavilələri kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılır".

“Report” xəbər verir ki,bu sözləri REAL TV-nin canlı yayımına qonaq olanİcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov bildirib.

Onun sözlərinə görə, avtonəqliyyat vasitələri sahibləri sığorta şirkətlərinə elektron qaydada müraciət edir.Daxili İşlər Nazirliyi və İcbari Sığorta Bürosununinformasiya sistemləriinteqrasiya olunduğu üçünsığorta şəhadətnamələri elektron qaydada verilır.

O qeyd edib ki, buna bənzər sistemi biz daşınmaz əmlakın icbari siğortasının hər 3 növünə tətbiq etmək istəyirik: "Bu dəyişiklikləri həyata keçirmək üçün qanunvericilikdə dəyişiklik etmək lazımdır. Lakin Nazirlər Kabinetində keçirilənmüşavirəsində bu layihənin qanun qəbul edilmədən test rejimində tətbiq edilməsi barədə qərar verilib və biz artıq bu layihənin icrasına başlamışıq".

Xatırladaq ki, 2016-cı ilnoyabrın 1-dənetibarən avtomobillər üçün icbari sığorta müqavilələrininbağlanılmasıkağız daşıyıcılardanelektron sənəd formasına keçirilib.