TƏBİBin sədri: "ElmiTədqiqat institutlarında çevik və elmə açıq olan struktur qurulmalıdır"


Digərləri 20 Fev 2020 18:02:00 126 0

TƏBİBin sədri: "ElmiTədqiqat institutlarında çevik və elmə açıq olan struktur qurulmalıdır"

"Elmi fəaliyyətlə və müalicə ilə məşğul olan kadrların iş fəaliyyətlərinin optimallaşdırılması istiqamətində mühüm işlərin görülməsinə ehtiyac var".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Elmi-Tədqiqat İnstitutlarının rəhbərləri ilə görüşündə deyib.

Qurumun yaranmasını ölkədə aparılan islahatların davamı kimi qiymətləndirən İdarə Heyətinin sədri qeyd edib ki, Elmi-Tədqiqat İnstitutları ilə iş qarşıda duran əsas prioritet məsələlərdəndir:

"İlk növbədə, müəssisələrdə innovativ, çevik və elmə açıq olan struktur qurulmalıdır. Səhiyyə müəssisələrinin idarə edilməsində optimallaşdırma işlərinin həyata keçirilməsi və hər iki istiqamətdə - müalicə və elm istiqamətlərində inkişafa nail olmaq üçün beynəlxalq təcrübədən istifadə edilməlidir".