Azərbaycanda daşınmaz əmlak sığortasında kəskin artım


Sosial 20 Fev 2020 18:04:05 102 0

Azərbaycanda daşınmaz əmlak sığortasında kəskin artım

Azərbaycanda daşınmaz əmlak sığortasında kəskin artım

“Ötən ilin yanvar ayında sığortalanmış daşınmaz əmlakların sayı 8 min ədəd idisə, bu ilin yanvar ayında isə yeni sığorta şəhadətnaməsi verilmiş daşınmaz əmlakların sayı 166 min ədəd olub".

“Report” xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun icraçı direktoruRəşad Əhmədov Real TV-yə müsahibəsində deyib.

Bununla belə, onun sözlərinə görə, əmlak sığortasının potensialından tam istifadə olunmur: "Ötən il sığortalanmalı olan əmlakın yalnız 1%-i sığortalanmışdısa, hazırda bu nisbətə 10%-ə yaxındır".