Piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanıldı


Digərləri 20 Fev 2020 17:59:00 121 0

Piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanıldı

Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən Neftçala rayon sakini N.Cəfərov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, fevralın 19-da saat 8 radələrində Nəsimi rayonu ərazisində piyada keçidində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini V.Ələkbərova vurulmuş və piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "Renault" markalı avtomobilin sürücüsü, Neftçala rayon sakini N.Cəfərov saxlanılıb.

Araşdırma aparılır.