Xoşagəlməz hallardan suiistifadə etməyə çalışanlar var


Siyasət 20 Fev 2020 17:19:00 94 0

Xoşagəlməz hallardan suiistifadə etməyə çalışanlar var

"Bəziləri hansısa xoşagəlməz hallardan sui-istifadə etməyə çalışır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov deyib.

M.Pənahov bildirib ki, bütün xoşagəlməz hallar MSK tərəfindən ciddi araşdırılır. MSK sədri vurğulayıb ki, insanlar əlində nə varsa təqdim etməlidir. "Əgər sizdə nəsə material varsa qoyun sosial şəbəkələrə. Ümumilikdə sosial şəbəkələrdə 385 videogörüntü yayılıb. Kiminsə əlində nəsə varsa sosial şəbəkələrə yerləşdirin, Mərkəzi Seçki Komissiyası bütün görüntüləri araşdıacaq".