Köçəryan erməni kəşfiyyatının şefi ilə birləşir


Dünya 20 Fev 2020 15:31:00 199 0

Köçəryan erməni kəşfiyyatının şefi ilə birləşir

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Artur Vanetsyan Köçəryan ailəsi ilə gücünü birləşdirir.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "Jamanak" qəzeti yayıb. Məlumata görə, eks-prezident Robert Köçəryanın oğlu Sedrak Köçəryan Vanetsyanla birgə partiya yaratmağı planlaşdırır.

Qeyd edək ki, bundan öncə Vanetsyan partiya yaradacağını və bunun Ermənistanın ən böyük müxalifət partiyası olacağını açıqlamışdı.