Məşhur azərbaycanlı jurnalist DÜNYASINI DƏYİŞDİ


Kriminal 20 Fev 2020 15:18:00 197 0

Məşhur azərbaycanlı jurnalist DÜNYASINI DƏYİŞDİ

Qocaman jurnalist Mülatif Adurov dünyasını dəyişib.

Bu barədə Son.az-a teleaparıcı Vüsalə Səid məlumat verib.

Qeyd edək ki ki, 2019-cu ilin oktyabr ayında infarkt keçirdiyi üçün təcili olaraq Mərkəzi Klinik xəstəxanaya yerləşdirilmişdi. 

Xatırladaq ki, Mülatif Adurov uzun illər Nəsir İmanquliyevin rəhbərlik etdiyi "Bakı" qəzetində çalışıb. Sonralar isə jurnalistik fəaliyyətini AzTV-nin İctimai-siyasi proqramlar və "Xəbərlər" redaksiyalarında davam etdirib. Müxtəlif vəzifələrdə, o cümlədən "Xəbərlər"in baş redaktor müavini, daha sonra isə baş redaktoru olub. 

Təhməz Təkin Son.az