Azərbaycan nefti bahalaşıb


Digərləri 20 Fev 2020 14:19:00 128 0

Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 19-da 62,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,34 dollar/barel çoxdur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 61,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,88 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 57,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,31 dollar/barel çoxdur.