Bakıda qadını vurub qaçan sürücü saxlanıldı


Sosial 20 Fev 2020 11:48:38 135 0

Bakıda qadını vurub qaçan sürücü saxlanıldı

Bakıda yol qəzası baş verib.

© google.az

Bakıda yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, fevralın 19-da, saat 8 radələrində Nəsimi rayonu ərazisində piyada keçidində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini V.Ələkbərova vurulub və piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

NəsimiRayon Polis İdarəsi (RPİ) 19-cu Polis Şöbəsi (PŞ)əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Renault” markalı avtomobilin sürücüsü, Neftçala rayon sakini N.Cəfərov saxlanılıb.

Araşdırma aparılır.