Bakıda “Partners and Business” sərgisi keçirilir


Digərləri 20 Fev 2020 13:24:00 129 0

Bakıda “Partners and Business” sərgisi keçirilir

Bakı İdman Sarayında "Partners and Business" sərgisi keçirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), "Kapital Bank" və "Marsol" MMC-nin birgə təşkilatçılığı ilə keçirilən sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika və sair sahələrdə yerli şirkətlər tərəfindən istehsal olunan məhsul və xidmətlər təqdim edilir.

Sərgidə 150-dək şirkət iştirak edir.

Sərgi Azərbaycan şirkətlərinin daha geniş təqdimatına, onların bazara çıxış imkanlarının genişlənməsinə, yerli şirkətlər arasında tərəfdaşlığın inkişafına, yeni əlaqələrin və əməkdaşlıqların qurulmasına yönəlib.

KOBİA-nın idarə heyətinin sədr müavini Nadir Adilov deyib ki, məqsəd Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır.