İranda daha 3 nəfər koronavirusa yoluxub


Dünya 20 Fev 2020 13:20:00 257 0

İranda daha 3 nəfər koronavirusa yoluxub

İranda daha 3 nəfərin yeni koronavirusa yoluxması halı təsdiqlənib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, həmin 3 nəfər Qum və Ərak şəhərlərində xəstəxanalarda nəzarət altındadır.

Cahanpur əlavə edib ki, virusa yoluxanlar İran vətəndaşlarıdır və onlardan biri həkimdir.

Nazirlik rəsmisi İranda yeni koronavirusa yoluxanların sayının 5 nəfərə çatdığını təsdiqləyib.

Yeni koronovirusla əlaqədar İranın Qum şəhərində ictimai və ziyarət məkanlarına gediş-gəlişlərin məhdudlaşdırılması təklif olunub.