Bəzi xəstələr ixtisas həkiminə birbaşa müraciət edə biləcəklər


Digərləri 20 Fev 2020 12:32:00 220 0

Bəzi xəstələr ixtisas həkiminə birbaşa müraciət edə biləcəklər

Araşdırmalarımızın nəticəsinə görə, şəxs qeydiyyatda olduğu ərazilərdə bəzi sahələr üzrə ailə həkiminin göndərişi olmadan və.müştərək maliyyələşmə məbləği ödəmədən birbaşa ixtisas həkiminə müraciət edə bilər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bəzən ailə həkiminin şəxsin etdiyi müraciətlə bağlı yetərli qədər bilik və bacarığl olmaya bilər:"Hesab edirik ki, vətəndaşı buna görə əziyyətə salmamaq üçün ona müştərək maliyyələşmə məbləği ödəmədən, birbaşa ixtisas həkiminə müraciət etmək imkanı yaradılsın. Biz yaxın da zamanlarda məlumat verəcəyik ki, vətəndaş hansı ixtisaslar üzrə ailə həkiminə müraciət etmədən, birbaşa ixtisas həkiminə müraciət edə bilər".

Qeyd edək ki, müştərək maliyyələşmə məbləği tibbi xidmətin tarifinin sığorta hadisəsi zamanı sığortaolunan tərəfindən ödənilməli olan müəyyən hissəsidir.