Şişirdilmiş dodağının partlaması qadını kor edəcəkdi FOTO


Dünya 20 Fev 2020 12:35:00 152 0

Şişirdilmiş dodağının partlaması qadını kor edəcəkdi  FOTO

Böyük Britaniyanın Stokport şəhərinin sakini, 25 yaşlı kosmetoloq Cessika Mayotun təbii gel ilə şişirdilmiş dodağının partlaması onu görmə qabiliyyətindən məhrum edəcəkdi.

Son.az oxu.az-a istinadən xəbər verir ki, dodaqlarını şişirtmək istəyən qadın klinikaya müraciət edib.

Orada onun dodaqlarına inyeksiya vasitəsilə üç millimetr həcmində təbii gel vurulub. Bu əməliyyata görə, qadın 450 funt sterlinq (təxminən 995 AZN - red.) ödəyib.

Lakin əməliyyatdan bir gün sonra qadının dodaqları şişərək ağrımağa başlayıb.

Qadın əməliyyatı həyata keçirən mütəxəssisə müraciət etsə də, həkim onu qəbul edə bilməyəcəyini bildirib.

Cessika digər həkimlərə də müraciət edib, amma dodağında yaranan problemləri tibb işçiləri aradan qaldıra bilməyib.