Ahmet Kuralın sürücülük vəsiqəsi əlindən alındı FOTO


Digərləri 20 Fev 2020 12:40:00 134 0

Ahmet Kuralın sürücülük vəsiqəsi əlindən alındı  FOTO

Türkiyənin məşhur aktyoru Ahmet Kural zəncirvari qəzaya səbəb olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə İstanbulun Üsküdar ərazisində baş verib.

Qəza zamanı 4 avtomobil toqquşub, 1 nəfər ağır yaralanıb. Məlum olub ki, Ahmet 1, 85 promil spirtli içki qəbul edib. O, bir neçə saat sonra Çengelköy Polis Şöbəsinə aparılıb.

Onun ifadəsindən sonra sürücülük vəsiqəsi əlindən alınıb (6 aylıq) və yol -hərəkəti qaydalarını pozduğu üçün böyük məbləğdə pul cəzası verilib.