Alsudan Brilliant Dadaşova ilə bağlı açıqlama VİDEO


Şou-biznes 20 Fev 2020 12:13:00 190 0

Alsudan Brilliant Dadaşova ilə bağlı açıqlama  VİDEO

Rusiyanın məşhur ifaçısı Alsu aparıcı Ksenya Sobçakın qonağı olub.

Son.az axşam.az-a istinadən bildirir ki, ifaçıya həyat yoldaşı Yan Abramoviçlə bağlı suallar ünvanlanıb. O, həyat yoldaşı ilə tanış olmasından söz açıb:

"Tanış olandan bir ay sonra mənə evlilik təklifi etdi. Məni evinə dəvət etdi, sevgi etirafları başladı. Cibindən üzük çıxardı və evlilik təklifi etdi. Dedi ki, üzüyü qəbul etsən, həyatım boyu yanımda olacaqsan, qulaq asdığım mahnılara qulaq asacaqsan. Çünki Yan Bakıda böyüyüb, xalq mahnılarını dinləyirdi. Həmin mahnılara konsertdə qulaq asmaq olur, maşında çətindir. O, dinləyəndə, əsəbiləşirdim. Ona görə də bu sözü vurğuladı. İndi mən də xalq mahnılarını sevirəm. Hətta onları dinləməyi, oxumağı, rəqs etməyi də bacarıram. 

Sevdiyim ifaçılardan biri də Brilliant Dadaşovadır. Ona böyük hörmətim var".