Bakıda boğazında ət tikəsi qalan azyaşlı qız öldü


Digərləri 20 Fev 2020 12:22:00 181 0

Bakıda boğazında ət tikəsi qalan azyaşlı qız öldü

Bakıda bədbəxt hadisə baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 2013-cü il təvəllüdlü Rəhimova Şəhanə Taryel qızının boğazında ət tikəsi qalıb. Nəfəs yolları tutulan azyaşlı yaşadığı evdə ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.