Murad BrilliantFaiq savaşına belə reaksiya verdi


Şou-biznes 20 Fev 2020 12:29:00 179 0

Murad BrilliantFaiq savaşına belə reaksiya verdi

Bəstəkar-müğənni Murad Arif Xalq artisti Faiq Ağayevlə qalmaqala səbəb olan söhbətinin görüntülərinin sosial şəbəkədən silib. Belə ki, sənətçi bu addımı Xalq artisti Brilliant Dadaşovanın Faiq Ağayevin ünvanına yazdığı ağır ittihamlar mətbuatda geniş işıqlandırıldıqdan sonra atmaq məcburiyyətində qalıb.

Son.az bildirir ki, qafqazinfo mövzu ilə bağlı Murad Ariflə əlaqə saxlayıb.

O, açıqlamasında bildirib ki, postu silmə səbəbi şəxsi instaqram hesabını mübarizə meydanına çevirməmək istəyi ilə bağlıdır:

"Sözügedən görüntüləri iki dəyərli sənətçinin heyranları arasında söz atışmasına meydan olmamaq üçün öz qərarımla sildim. Ajiotaj, olay yaratmaq bizim hədəfimizdir, janrın qaydasıdır təbii. Lakin bəzən hadisələr etik normadan çıxanda mən sıxılıram. Hər ikisinə inanılmaz hörmətim var, eyni zamanda da heç kəsin dostu deyiləm. Ümidvaram, videoları sildiyim üçün heç biri inciməyəcək".