Enerji içkiləri alanların nəzərinə


Digərləri 20 Fev 2020 11:56:00 192 0

Enerji içkiləri alanların nəzərinə

Dünyada gedən sürətli inkişaf özünü hər bir sahədə göstərdiyi kimi bir çoxlarımızın gündəlik olaraq istifadə etdiyi yeni növ fərqli içkilərə də təsir edib. Fərqli içki dedikdə ilk olaraq ağıla hazırda ölkəmizdə mağaza rəflərini dolduran enerji içkiləri gəlir.

Hazırda dünya bazarında, eləcə də Azərbaycanda enerji içkisi adı ilə satılan onlarla məhsul var ki, onların yalnız bir qismi, həqiqətən də, enerji artırmaq qabiliyyətinə malikdir. Digərləri isə, sadəcə, olaraq qazlı, şəkərli, meyvətəamlı içkilərdir.

Xəbər verdiyimiz kimi, enerji içkilərinin idxalı ilə bağlı qanuna dəyişiklik edilib. Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" qərarında yeniliklər edib. Belə ki qanuna görə, 1 litr enerji içkisinin istehsalı və idxalına görə 3,10 manat aksiz vergisi tətbiq edilir.

Lakin buna baxmayaraq, hazırda, demək olar, bütün mağazalarda qiyməti 0.60-1 manat arası dəyişən enerji içkiləri satılır.

Maraqlısı budur ki, əgər hər litrə görə 3.1 manat aksiz vergisi tətbiq olunursa, 18 faizlik əlavə dəyər vergisini də üstünə gəlsək təxmini 250 ml-qramlıq qutuda satılan enerji içkisinin yalnız vergisi 0.90 manat təşkil edəcək.

Bəs niyə bu növ içkilərin yarım litrlik dəmir bankadakı qiyməti 1 manat və ya ondan ucuzdur?

Düşünülə bilər ki, bu məhsulları istehsal və idxal edən şirkətlər vergidən yayınır. Lakin bu, belə deyil.

Kiçik araşdırma nəticəsində məlum olub ki, enerji içkisi adı ilə məhsulunu satmağa çalışan şirkətlər vergidən yayınmır. Lakin onlar istehlakçıları aldadırlar.