Azərbaycan Antiqua və Barbudaya yardım edib

Siyasət 20 Fev 2020 11:10:20 160 0

Azərbaycan Antiqua və Barbudaya yardım edib

Antiqua və Barbudanın yardım müraciətinə cavab olaraq, Azərbaycanda istehsal olunan tibbi ləvazimatlardan ibarət yardım Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) xətti ilə qarşı tərəfin xahişi əsasında Londona göndərilib.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Sözügedən yardım fevralın 19-daAzərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri Tahir Tağızadə tərəfindən Azərbaycan Respublikası hökuməti adından Antiqua və Barbudanın Böyük Birtaniyadakı Ali Komissarı xanım Karen-Mae Hillə təqdim edilib.

Təqdimetmə mərasimində hər iki ölkənin rəsmi nümayəndələri və yerli KİV-lər iştirak ediblər. Göstərilən yardıma görə Antiqua və Barbudanın Böyük Britaniyadakı Ali Komissarı Karen-Mae Hill ölkəsi adından Azərbaycan xalqına dərin minnətdarlığını ifadə etmiş və Antiqua və Barbudanın Azərbaycanla diplomatik əlaqələri daha da inkişaf etdirmək əzmində olduğunu nəzərə çatdırıb.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək