Bakıda villa gözətçisi bıçaqlandı


Kriminal 20 Fev 2020 11:01:00 155 0

Bakıda villa gözətçisi bıçaqlandı

Bakıda gözətçi bıçaqlanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində baş verib.

Şirvan şəhər sakini 1995-ci il təvəllüdlü Paşayev Elvin Elçin oğlu adıçəkilən yaşayış massivindəki villalardan birinə gələrək orada gözətçi işləyən qohumu, Sabirabad rayon sakini, 1980-cı il təvəllüdlü Qayıbov Pənah Şükür oğlunu bıçaqlayaraq hadisə yerindən qaçıb.

Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.