Gürcüstanın həbsdən çıxan sabiq baş naziri siyasətə qayıtdı


Dünya 20 Fev 2020 10:22:48 139 0

Gürcüstanın həbsdən çıxan sabiq baş naziri siyasətə qayıtdı

“Sizə zəmanət verirəm ki, bu hökumətə bir ildən sonra son qoyulacaq”.

Vano Merabişvili

“Sizə zəmanət verirəm ki, bu hökumətə bir ildən sonra son qoyulacaq”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu bu gün azadlığa çıxan Gürcüstanın sabiq baş naziri və daxili işlər naziri Vano Merabişvili jurnalistlərə açıqlamasında bildirib.

O, tərəfdarlarına dəstəyə görə minnətdarlıq edib: “Dəstəyin sayəsində mən bu il bu rejimin devrilməsi üçün mübarizəyə özümdə güc, enerji, ümid və əminlik saxlamışam. Zəmanət verirərm ki, bu hakimiyyət bir ildən sonra bitəcək”.

V.Merabişvili hansı siyasi partiyaya qoşulacağı ilə bağlı açıqlama verməyib.