Almaniyada atışmada ölənlərin sayı 11-ə çatıb - YENİLƏNİB


Dünya 20 Fev 2020 10:11:00 120 0

Almaniyada atışmada ölənlərin sayı 11-ə çatıb - YENİLƏNİB

Almaniyada ölənlərin sayı artdı 

Almaniyanın Hessen əyalətinin Hanau şəhərindəki atışma nəticəsində ölənlərin sayı artıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, ölənlərin sayı 11-ə çatıb.

*** 03:13

Almaniyanın Hessen əyalətinin Hanau şəhərində atışma baş verib.

“Report” “Bild” nəşrinə istinadən xəbər verir ki, silahlı insident zamanı səkkiz nəfər qətlə yetirilib.

Nəşrin məlumatına görə, daha 5 nəfər ağır yaralanıb.

Bildirilib ki, silahlı insident şəhər ərazisində yerləşən iki qəlyanxanada baş verib.

Atışmadan sonra bir nəfər saxlanılıb. Lakin,hüquq-mühafizə orqanlarının əməkdaşları məlumata münasibət bildirməyib.

Nəşr hadisə zamanı ölənlərin etnik kürdlər olduğunu ehtimal edir.