Serial eşqi gerçək oldu


Digərləri 20 Fev 2020 09:44:00 173 0

Serial eşqi gerçək oldu

Türkiyəli aktrisa Miray Danerin "Vətənim sənsən" serialında sevgilisi obrazını canlandırdığı Boran Kuzum ilə eşq yaşadığı iddia olunur.

Son.az axşam.az-a istinadən bildirir ki, yayılan məlumatlara görə, cütlüyün münasibəti bir ay əvvəl başlayıb.

Qeyd edək ki, aktyorların serial davam etdiyi müddətdə də eşq yaşadıqları iddia olunmasına baxmayaraq, cütlük xəbərlərin yalan olduğunu bildirmişdilər.

Aktrisa daha öncə aktyor Kubilay Aka ilə də sevgili olub. Onların 3 illik münasibəti Kubilayın xəyanətinə görə sonlanıb.