“Huawei” kommersiya sirlərinin oğurlanmasında ittiham edilir


Digərləri 20 Fev 2020 08:59:00 130 0

“Huawei” kommersiya sirlərinin oğurlanmasında ittiham edilir

ABŞ Ədliyyə Nazirliyi Çinin "Huawei" telekommunikasiya şirkətinə qarşı yeni ittihamlar irəli sürüb.

Son.az ictnews.az-a istinadən bildirir ki, nazirlik nümayəndələrinin sözlərinə görə, "Huawei" və onun törəmə şirkətləri (Huawei Device, Huawei USA, Futurewei və Skycom operatoru) biznesin inkişafı məqsədilə ABŞ və Çində kommersiya sirlərinin oğurlanması ilə məşğul olublar. Bu fəaliyyət altı ABŞ şirkətinə şamil edilsə də, onların adı açıqlanmır.

"Qeyri-qanuni mənimsənilmiş əqli mülkiyyətə kommersiya sirləri barədə məlumatlar və müəllif hüquqları ilə qorunan işlər daxil olub: marşrutlayıcılar üçün çıxış kodu və istifadəçi təlimatları, antenalar texnologiyası və robotların testləri üzrə texnologiya", - ABŞ Ədliyyə Nazirliyinin bəyanatında deyilir.

Nazirlik nümayəndələrinin fikrincə, "Huawei" əqli mülkiyyət sahibləri ilə sazişlər imzaladıqdan sonra onların texnologiyasını mənimsəyib və kommersiya məqsədləri üçün istifadə edib. Bundan əlavə, Çin istehsalçısı digər şirkətlərin əməkdaşlarını özünə cəlb edib və rəqiblərdən məxfi informasiya əldə edənlər üçün mükafatlandırma proqramını işə salıb.