Bakıda iki avtomobil toqquşub, xəsarət alan var FOTO


Kriminal 20 Fev 2020 08:12:00 137 0

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var  FOTO

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Şəfayət Mehdiyev küçəsində baş verib.

"Toyota" markalı avtomobil yol kəsişməsindən keçərkən "Mercedes" markalı nəqliyyat vasitəsi ona çırpılıb.

Nıticədə "Toyota"da olan xanım sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib.