Cənubi Koreyada yeni növ koronavirusa yoluxanların sayı


Dünya 20 Fev 2020 07:35:00 108 0

Cənubi Koreyada yeni növ koronavirusa yoluxanların sayı

Cənubi Koreya 31 yeni COVİD-2019 koronavirusa yoluxma hadisəsini təsdiqlədi.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzindən bildiriblər.

Ölkədə yoluxanların ümumi sayı 82-yə çatdı.

Son məlumatlara görə, Cənubi Koreyada koronavirusdan 16 nəfər sağalıb və xəstəxanadan buraxılıb, 66 nəfər müalicə altındadır. Digər 1633 nəfər isə yoxlanılır.