Çindən Rusiyaya ət gətirmək qadağan edildi


Dünya 20 Fev 2020 07:30:00 118 0

Çindən Rusiyaya ət gətirmək qadağan edildi

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti Çindən içərisində heyvandarlıq məhsulları olan bağlamaların ölkəyə gətirilməsinə qadağa qoyub.

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti Çindən içərisində heyvandarlıq məhsulları olan bağlamaların ölkəyə gətirilməsinə qadağa qoyub.

“Report” “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bu barədə xidmətin ərazi bölmələrinə müvafiq məktub göndərilib.

Nəşrin yazdığına görə, Çindən əl çantalarında və ya sərnişin baqajında ət məhsulları gətirmək artıq mümkün olmayacaq. Eyni zamanda, qadağaya fabrik qablaşdırma məhsulları da daxildir.

Qadağa koronavirus və Afrika taununa (ASF) qarşı mübarizə ilə izah olunub.