Kürdəmirdə evdə baş verən yanğın söndürüldü - YENİLƏNİB


Sosial 20 Fev 2020 07:05:00 135 0

Kürdəmirdə evdə baş verən yanğın söndürüldü - YENİLƏNİB

Kürdəmir rayonunda fərdi yaşayış evində yanğın başlayıb.

Kürdəmir rayonununQağacılı kəndindəfərdi yaşayış evində baş verən yanğın söndürülüb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, yanğın zamanı ümumi sahəsi 320 kv.m. 6 otaq və bir mətbəxdən ibarət evin 130 kv.m. sahəsi əşyaları ilə birlikdə yanaraq külə dönüb.

Yanğının digər otaqlara keçməsinin qarşısı alınıb. Yanğının hansı səbəbdən baş verməsi araşdırılır.

04:57***

Kürdəmir rayonunda fərdi yaşayış evində yanğın başlayıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Qağacılı kəndində qeydə alınıb.

Yanğın, kənd sakini, 1970-ci il təvəllüdlü Xələfov Malik Ələddin oğluna məxsus ikimərtəbəli, ümumi sahəsi 320 kv.m olan 6 otaq və bir mətbəxdən ibarət olan evin ikinci mərtəbəsinin tavan hissəsində başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğının geniş əraziyə yayılmasının qarşısını almaq və operativ söndürülməsini təmin etmək üçünişlər davam etdirilir.