Cənubi Koreyada da koronavirusa yoluxanların sayı artdı


Dünya 20 Fev 2020 06:25:00 121 0

Cənubi Koreyada da koronavirusa yoluxanların sayı artdı

Cənubi Koreyada koronavirusun yeni ştammına (COVID-2019)31 yeni yoluxma hadisəsi təsdiq edilib.

Cənubi Koreyada koronavirusa 31 yeni yoluxma hadisəsi qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (KCDC) təşkilatı məlumat yayıb.

Bununla dakoronavirusun yeni ştammına (COVID-2019)yoluxanların ümumi sayı 82 nəfərə çatıb.

Qurum qeyd edib ki, 30 yeni yoluxma halı Kyensan-Punkto vilayətində və Tequ şəhərində qeydə alınıb. Seuldan gələn bir nəfərdə də analizlərin cavabı müsbət olub.

Yoluxanların 23-ü eyni kilsəyə gedən şəxslərdir. İki nəfər isə xəstəxanada yoluxub.