Günün qoroskopu: köhnə olan nədənsə bezsəniz, həmin nəsnədən qurtulmaq üçün stimulunuz var


Digərləri 20 Fev 2020 00:01:00 170 0

Günün qoroskopu: köhnə olan nədənsə bezsəniz, həmin nəsnədən qurtulmaq üçün stimulunuz var

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - rlanlaşdırdığınız işlərə hazırlaşmaq, təmir və rekonstruksiya da əlverişlidir. Yaxın ətrafınızdakı insanların yardım çağırışlarına laqeyd qalmayın, onların duyğu və hisslərini düşünün. Tələsməyin. İşləri təmkinlə görün. Ünsiyyətdə də səbirli olun.

Buğa - əməllərinizdə estetik komponent olsun. Təmasları elə seçin ki, sizi gərməsin və narahat etməsin. Həyatınızda baş verən, ilk baxışdan təsadüf təsiri bağışlayan hadisələrin məğzini anlamağa çalışın. Onlar nəyisə dəyişir. Mümkün problemlərin heç olmasa bəzilərini əvvəlcədən duymağı bacarın və o problemləri rüşeym halında çözün.

Əkizlər - köhnə olan nədənsə bezsəniz, həmin nəsnədən qurtulmaq üçün stimulunuz var. Şəxsi münasibətlərdə təzyiq və tələblər məsləhət deyil. Bu gün tərəfdaş, qarşı tərəf təşəbbüslə çıxış etməlidir. Axşam saatlarında aktivliyi azaldın. Qəza, münaqişə, münasibətlərdə sərinlik riski artır.

Xərçəng - Mimas və Qanimedin münasibətləri bu gün axtarışla məşğul olmağı məsləhət bilir. İş qabiliyyəti və məhsuldarlıq yüksək səviyyədə olacaq. Sizə maraqlı təsir bağışlayan işi görün. Rəqabət, qarşıdurmalardan işin xeyrinə yararlanmağa çalışın. Önəmli saydığınız məlumatı nəzarətdə saxlayın. Yazışma, tədris, təhsil, məlumat əldə edilməsi üçün əlverişli gündür.

Şir - istənilən məsələnin görünməyən məqamlarını araşdırmalı, məqsədə doğru irəliləyərkən imkanlarınızı dəqiq dəyərləndirməli olacaqsınız. İnformasiya və ya xidmət mübadiləsi ilə məşğul olmaq mümkündür. Səhhətinizə diqqət ayırmaq, rasionu qaydaya salmaq üçün əlverişli gündür.

Qız - birgə iş problemlərin dəf olunmasını, sıradan çıxmış obyektin qaydaya salınmasıın və sizdən asılı olmayan fors-major vəziyyətlərin yaratdığı fəsadların aradan qaldırılmasını tələb edir. Əlavə işlərə başlamayın, çünki dünyanın bütun pullarını qazanmaq mümkün deyil. Ehtiyaclarınızı təmin etmək üçün ağır işə başlasanız, orqanizm qəfil problemə cavab verəcək. Bu isə maraqlı planları alt-üst edə bilər.

Tərəzi - Himaliya və Tritonun münasibətləri sizdən praktik məsələlərlə ilk növbədə məşğul olmağı tələb edir. Ola bilər ki, bəzi layihələr, işlər və ya planlara yenidən baxmaq vaxtı çatıb. Şərtləri aydınlaşdırın, mümkün dəyişikliklərin müsbət və mənfi nəticələrini təxminləyin, tərəfdaşınızın niyyətini öyrənmək imkanını əldən verməyin. Yekun qərarlar verməyə tələsməyin.