İspan fermerləri ədalət tələb edir


Dünya 19 Fev 2020 23:38:00 120 0

İspan fermerləri ədalət tələb edir

İspan fermerləri yenidən ölkənin böyük şəhərlərində avtomobil yollarını bağlayır.

Son.az Trend-ə istinadən bildirir ki, bu dəfə etiraz mərkəzləri Estremadura və Andalusiya bölgələri olub. Etirazçılar yetişdirilən ərzaqın qiymətinin aşağı olmasından, əkinçilik xərclərinin artmasından və kənd təsərrüfatı məhsullarının satışından əldə olunan gəlirlərin bölüşdürülməsindən narazıdırlar.

Valensiya Fermerlər Birliyinin hesablamalarına görə, bir kiloqram portağal yetişdirmək üçün 22 avrosent tələb olunur, halbuki onları ən çox 20 centə satmaq olar. Etiraz kampaniyasının təşkilatçıları qeyd edirlər ki, belə şərtlər səbəbindən bir çox fermerlər təsərrüfatlarıını tərk etmək məcburiyyətində qalır. Etiraz aksiyalarında hökümətdən aqrosektorun AB-nə artan inteqrasiya şəraitində subsidiyaların azaldılmasına, əməyin ucuz olduğu ölkələrdən məhsulların yerli bazara çıxmasına qarşı tədbirlər görməyi tələb edilir.

İspaniya hökuməti fermer təşkilatlarının nümayəndələri ilə danışıqlar aparır. Fəallar Əmək Nazirliyi ilə razılaşma əldə olunana qədər gündəlik etirazların davam etdiriləcəklərini bildirir.