Narın saymaqla bitməyən faydaları


Digərləri 19 Fev 2020 23:04:00 170 0

Narın saymaqla bitməyən faydaları

Narın saysız-hesabsız faydalı xüsusiyyətləri var. Son.az qafqazinfo-ya istinadən onların bir neçəsini təqdim edir:

Nar  vitaminlər, kalium, maqnium, kalsium, yod, fosfor, manqan, natrium və dəmirlə zəngindir. Meyvənin şirin qırmızı lətində çox sayda təbii turşular, dubil maddələr, fitontsidlər var.

Hipertoniya və ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar nar qəbul etməlidir. Meyvə damar divarlarını möhkəmləndirir, arteriyal təzyiqi aşağı salır.

Yaşlı insanlar da nar yeməlidir. Belə ki, meyvə orqanizmin ümumi tonusunu yüksəldir. Həmçinin nar damarların qocalma prosesini ləngidir. Artritdən əziyyət çəkən xəstələrə ağrı sindromunu azaltmaq məqsədi ilə nar şirəsi içmələri məsləhət görülür.

Narda fiziki və zehni aktivliyi yaxşılaşdıran maddələr var. Narın qəbulu nəticəsində yaddaş daha yaxşı, diqqətin mərkəzləşməsi daha güclü olacaq. Nar Altsheymer xəstəliyinin profilaktikası üçün ən yaxşı vasitələrdən biridir.

Meyvə qan azlığı ilə mübarizə üçün əla vasitə sayılır. Narda çox sayda dəmir birləşməsi var.