Orqanizmdə su çatışmadığını göstərən 9 əlamət Çox xəstəliklərin səbəbi


Digərləri 19 Fev 2020 22:40:00 153 0

Orqanizmdə su çatışmadığını göstərən 9 əlamət  Çox xəstəliklərin səbəbi

Beyin, qan, ürək, böyrəklər, qaraciyər, neyronlar, sinirlər, gözlər su ilə fəaliyyət göstərir, normal funksiyaları üçün əsas komponentlərdən biri də sudur.

Əgər orqanizm susuzdursa, o zaman bütünlükdə bədən, beyin, orqanlara neqativ təsir göstərir.

İnsan yalnız susuyanda suya ehtiyacı olduğunu düşünür. Lakin bu belə deyil.

Son.az medicina.az-a istinadən bədəndə su çatışmazlığından yaranan əlamət və narahatlıqları təqdim edir.

Əgər bu sadalananlardan ən azı 3-4ü sizdə varsa, deməli, dərmanınız sudur. Suyu bir qədər artırın.

1. Ağızda, dildə quruluq - ən açıq aşkar əlamətlərdən biridir.

2. Quru dəri, quru saçlar - dəri bədənin ən nəhəng orqanıdır. O, suyun çox hissəsini götürür. 3. Az tərləyirsiz - Axır vaxtlar az tərləyirsiz, bədən səthindən az su çıxırsa buna sevinməyin. Deməli, su az içirsiz və tərlə bədəndəki toksinlər çıxmır, elə orqanizmdə qalır

4. Gözlərdə sanki qum batma, yanma hissi - qırmızı, quru, yorğun, qızaran, yanan gözlər də su çatışmazlığını göstərir. Susuzluq gözləri məhv edir.