Bakıda hündürmərtəbəli binada yanğın başlayıb


Digərləri 19 Fev 2020 20:11:00 135 0

Bakıda hündürmərtəbəli binada yanğın başlayıb

Bakıda hündürmərtəbəli binada yanğın başlayıb.

Son.az APA-ya istinadən bildirir ki, ilkin məlumata əsasən, Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi 15/21 ünvanında 18 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində mənzil yanır.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.