Şəmkirdə xeyli sayda silahsursat tapıldı


Digərləri 19 Fev 2020 21:22:00 132 0

Şəmkirdə xeyli sayda silahsursat tapıldı

Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi ərazisində tapılmış silah-sursat ANAMA-nın əməkdaşlarına təhvil verilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, DİN-in "102" Zəng Mərkəzinə müraciət edən Şəmkir rayonunun Yuxarı Seyfəli kənd sakini A.Həsənov Qasımalılar kəndi ərazisində 8 ədəd "F-1" və 20 ədəd "UZRQM" markalı qumbara, 1 ədəd top mərmisi və 340 ədəd patron tapması barədə məlumat vermişdir. Dərhal Şəmkir RPŞ-nin əməkdaşları hadisə yerinə gəlmiş, qeyd edilən hərbi sursatları ANAMA-nın əməkdaşlarına təhvil veriblər.