Azərbaycanlı model intim səhnələrin yer aldığı ABŞ serialında


Şou-biznes 19 Fev 2020 21:14:00 283 0

Azərbaycanlı model intim səhnələrin yer aldığı ABŞ serialında

Amerikada yaşayan "Ruslana Gee" ləqəbi ilə tanınan azərbaycanlı model, "fashion" bloqer Ruslana Cavadova ingilis dilində yaxşı danışa bilməməsinə və aktyorluq təcrübəsinin olmamasına rəğmən, "Eyforiya" serialının kastinqlərində iştirak edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, model narkotik asılılığı olan striptiz işçisi rolunu canlandırmaq üçün Amerikanın "Eyforiya" serialının kastinqlərinə qatılıb.

Bu barədə Ruslana şəxsi "Youtube" kanalında video paylaşıb.

"Tələffüzümün yaxşı olmamasına görə, şansım olmadığını bilirdim. Təcrübəm də yoxdur. Bu rolun öhdəsindən gəlmək üçün amerikalı qız axtarırdılar. Suallara cavab verdim. Amma zəng vurub çağırmadılar. Yəqin ki, həmin rola uyğun görülmədim. Bəlkə də çağıracaqlar. İkinci mövsümün çəkilişləri mart ayında başlayacaq" - deyə, R.Cavadova bildirib.

"Eyforiya" serialında zorakılıq və intim səhnələr var.

Qeyd edək ki, cazibədar model Ruslana Bakıda anadan olub. Hələ məktəb illəri zamanında o, moda və gözəllik sahələrinə maraq göstərib.