Silvestr Stallone tanınmaz halda


Digərləri 19 Fev 2020 20:14:00 136 0

Silvestr Stallone tanınmaz halda

Hollivudun əfsanəvi aktyoru Silvestr Stallone tanınmaz halda kameralara tuş gəlib.

Son.az ''ölkə.az''a istinadən xəbər verir ki, 73 yaşlı aktyor ''Samaritan'' filminin baş roluna çəkilir. Aktyor çəkiliş zamanı küçəyə çıxıb və üz gözü yara içində, köhnə geyimlərlə kameralara tuş gəlib. Onun yanında eyni filmə çəkilən balaca ulduz Javon Valton da olub.

Qeyd edək ki, qəhrəmanlıq haqqında olan ''Samaritan'' filmi 11 dekabr 2020-ci ildə nümayiş olunacaq.