“O qədər insan itirmişəm ki...”


Şou-biznes 19 Fev 2020 20:29:00 141 0

“O qədər insan itirmişəm ki...”

"Həssas olmuşam. Kiminsə həyatımdan getməsi məni üzmür. Hətta itkinin fərqində belə olmuram".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva sosial media hesabında yazıb.

O, ayrılıq barədə yazdığı statusa bu fikirləri də əlavə edib:

"Elə hiss edirəm ki, sanki siqaret çəkib bitirmişəm. Telefonun səssizliyi, güclü bir çiyinin əskikliyi və kömək əlinin olmaması məni ruhdan salmır. Artıq başqalarının seçimləri məni narahat etmir. O qədər insan itirmişəm ki, artıq vecimə deyil. Ya da buna öyrəşmişəm".