Sarkisyanın məhkəməsinin vaxtı AÇIQLANDI


Digərləri 19 Fev 2020 19:59:00 123 0

Sarkisyanın məhkəməsinin vaxtı AÇIQLANDI

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın məhkəməsinin vaxtı məlum olub.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə datalex.am saytı məlumat yayıb.

Məhkəmənin hazırlıq iclası fevralın 25-də keçiriləcək. İş hakim Vaqe Misakyanın icraatına verilib.

Qeyd edək ki, yanvar ayının sonunda S. Sarkisyanın cinayət işi baxılması üçün İrəvan məhkəməsinə göndərilib.

Xatırladaq ki, cinayət işi üzrə daha 4 nəfər ittiham olunur. Onlardan biri "Fleş" neft şirkətinin rəhbəri, iş adamı Barseq Beqlaryandır.