Fırıldaqçı ər arvadını xarici ölkədə pulsuz qoyub qaçdı


Dünya 19 Fev 2020 17:44:00 163 0

Fırıldaqçı ər arvadını xarici ölkədə pulsuz qoyub qaçdı

Böyük Britaniyanın Dadli şəhər sakini fırıldağın qurbanı olub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, əri onun pulunu alaraq qaçıb.

Belə ki, 46 yaşlı Klar Alkantara internet vasitəsilə 34 yaşlı Dominikan Respublikasının vətəndaşı Franklin Alkantara ilə tanış olub.

Klar onu Böyük Britaniyaya gətirmək istəyib, lakin Miqrasiya İdarəsi buna etiraz edib.

Belə olduqda qadın Dominikana gedib. Onlar orada evlənib, ümumi hesab açıblar. Qadın Böyük Britaniyada mülkünü satıb, bu hesaba yatırıb. Bundan başqa, o, ərinə bahalı avtomobil alıb və onun atasına məxsus evi təmir edib.