Çində daha bir həkim koronavirusa yoluxdu


Dünya 19 Fev 2020 17:46:54 129 0

Çində daha bir həkim koronavirusa yoluxdu

Çində yen növ koronavirusun ocağı olan Uhan şəhərinin 8-ci xəstəxanasının baş həkimi Vanq Pinq bu xəstəliyə yoluxub.

Çində yen növkoronavirusun ocağı olan Uhan şəhərinin 8-ci xəstəxanasının baş həkimi Vanq Pinq bu xəstəliyə yoluxub.

“Report” “Beiqingbao”ya istinadən xəbər verir ki, xəstəxana rəhbəri şəhərin “Jinintanq” xəstəxanasının intensiv müalicə bölməsinə yerləşdirilib, onun üçün qan plazmasının tapıldığı bildirilir.

Qeyd edək ki, ölkənin Milli Səhiyyə Komissiyası ağır vəziyyətdə olanyoluxanların müalicəsi üçün koronavirusdan sağalanların qan plazmasını köçürtməyi tövsiyə etmişdi.

Xatırladaq ki, bundan əvvəl Uhan şəhərinin Vuçan dairə xəstəxanasının baş həkimi, 52 yaşlı Liu Jiminq koronavirusdan dünyasını dəyişmişdi.