Azərbaycanda ehtiyata buraxılan polkovnik vəfat etdi


Digərləri 19 Fev 2020 17:11:00 167 0

Azərbaycanda ehtiyata buraxılan polkovnik vəfat etdi

Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin İdarə heyətinin üzvü, ehtiyatda olan polkovnik Ağali Rəhimov vəfat edib.

Son.az Publika.az-a istinadən xəbər verir ki, bir həftə əvvəl doğum günün qeyd edən xüsusi xidmət orqanları veteranı xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, A.Rəhimov futbol üzrə milli komandamızın və "Səbail"in futbolçusu Şəhriyar Rəhimovun atasıdır.

Allah rəhmət eləsin!